"Neftçi" uduzdu, "Qəbələ" qalib gəldi

"Neftçi" uduzdu, "Qəbələ" qalib gəldi
PREMYER LİQA 17 Fevral 2018 / 20:23 14812
-  A +

Bu gün Topaz Premyer Liqada 16-cı tura start verilib.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə iki görüş keçirilib.

Turun mərkəzi matçı Qəbələdə olub. Burada yerli komanda "Zirə"ni qəbul edib. Roman Qriqorçukun komandası hesabda geridə olsa da, ikinci hissədə əzmkar oyun sayəsinə qalib gəlib və ikinci pillədəki mövqeyini möhkəmlədib.


Günü digər oyununda isə "Sumqayıt" "Neftçi"ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri sabah keçiriləcək.


17 fevral (şənbə)


18:30. “Sumqayıt” – “Neftçi” - 2:0
Qollar:
Tural Axundov, 13-pen., Amil Yunanov, 17
Qırmızı vərəqə: Rəşad Sadiqov, 60 ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov
Sumqayıt. Şəhər stadionu

15:00. “Qəbələ” – “Zirə” - 2:1
Qol:
Aleksandr Dedov, 39, (0:1), Stiven Monroz, 56 (1:1), Baqali Dabo, 64 (2:1)
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

18 fevral (bazar)

15:00. “Kəpəz” – “Keşlə”
Hakimlər
: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
Gəncə. Şəhər stadionu

17:30. “Səbail” – “Qarabağ”
Hakimlər
: Elvin Əsgərov, Elman Musayev, Nahid  Əliyev, Əliyar Ağayev
"Bayıl Arena"


N Klublar O Q H M T-F X
1 Qarabağ 15 12 2 1 25-6 38
2 Qəbələ 16 11 2 3 30-15 35
3 Zirə 16 9 4 3 25-14 31
4 Sumqayıt 16 7 3 6 20-18 24
5 Neftçi 16 6 1 9 18-18 19
6 Səbail 15 4 2 9 10:22 14
7 Keşlə 15 3 2 10 10:25 9
8 Kəpəz 15 2 1 12 10:30 7

Bombardirlər

Baqali Dabo ("Qəbələ) - 10 qol
Mahir Mədətov ("Qarabağ") - 6 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 5 qol

 

Daha çox


Son xəbərlər
19.09.18  18:00

Millimiz məğlub oldu