"Kəpəz" Bakı hazırlığını başa vurdu

"Kəpəz" Bakı hazırlığını başa vurdu
XƏBƏR 16 Fevral 2018 / 19:45 1235
-  A +

Topaz Premyer Liqasının 16-cı turunda “Keşlə”ni qəbul edəcək “Kəpəz” bu oyunun əsas hazırlığını başa vurub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, həftəboyu Bakıda məşq edən komandanın oyun öncəsi son hazırlığı Gəncə şəhər stadionunda olacaq. Matçın keçiriləcəyi arenada keçiriləcək çalışma fevralın 17-də saat 17:00-da başlayacaq. Məşq prosesi azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq.  

Qeyd edək ki, "Kəpəz" - "Keşlə" görüşü fevralın 18-i saat 15:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı