Qvardiolanın hegemonluğuna son qoyuldu

Qvardiolanın hegemonluğuna son qoyuldu
XƏBƏR 16 Fevral 2018 / 15:01 5403
-  A +

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Bornmut"un çalışdırıcısı Eddi Xay yanvar ayının ən yaxşı məşqçisi seçilib.

Onun komandası ötən ay "Çelsi" və "Arsenal"a qalib gəlib, "Vest Hem" və "Brayton"la heç-heçə edib.

Qeyd edək ki, buna qədər ayın ən yaxşı baş məşqçisi ardıcıl 4 dəfə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvavrdiola seçilmişdi.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın