"Çelsi"nin "Qarabağ"ı məğlub etməsi bizim üçün son zərbə olmadı" - Simeone

"Çelsi"nin "Qarabağ"ı məğlub etməsi bizim üçün son zərbə olmadı" - Simeone
ÖLKƏ FUTBOLU 15 Fevral 2018 / 10:12 4261
-  A +

"Kopenhagen"  güclü rəqibdir. Onlar doğma azarkeşlər önündə oynayacaqlar. Rəqibin futbolçuları boylarının uzunluğundan istifadə etməyə çalışacaq".

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Çempionlar Liqasındakı uğursuz çıxışları barədə də danışıb: "Çelsi"nin "Qarabağ"ı məğlub etməsi bizim üçün son zərbə deyildi. Biz də "Roma"ya qalib gəldik. Ancaq baş verənlər bizə təsirsiz ötüşməmişdi. İki dəfə finala və bir dəfə yarımfinala çıxdıqdan sonra bu mövsüm Çempionlar Liqasında pis oynadıq. Anaq bu, növbəti il daha yaxşı oynamağımıza kömək olacaq".

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrup mərhələsində "Atletiko" ilə hər iki matçda heç-heçə (0:0; 1:1) edib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın