Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Arsenal”da 22 illik Venger erasının sonu! – istefasını rəsmən açıqladı

Yazarlar
 Qazaxıstanla Qazax futbolunun fərqi
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
"Neftçi" - "Qəbələ" - Şəkillər
Top 5
Türkiyə futbolunda növbəti biabırçılıq – Şəkillər
Növbəti "Real" - "Yuventus", "Barselona" - "Roma" dueli
“Messini vursam, Argentinaya qayıda bilmərəm”
Şenol Günəşin başını yardılar, derbi yarımçıq dayandırldı
"Arsenal”da 22 illik Venger erasının sonu! – istefasını rəsmən açıqladı
Linklər
525ci Qəzet

Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
A A A

[14.02.2018]
Mosvka Spartakçısı (?)... Anatoli Banişevski

Sovet dövrünün çox məşhur futbol yazarı, uzun illər SSRİ-nin hər yerində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin redaktoru Lev Filatov “Hücumçular” adlı kitabında (Moskva, 1986) kitabında yazır: “Bakı xeyli yaxşı ustalar yetişdirmişdir. Lakin təkcə Banişevski bütün qollarını özünün cavanlıq çağlarının klubunda oynayarkən vurmuşdur; o, üst-üstə bütün bakılılardan daha çox öz şəhərini ölkənin yığma komandasında təmsil etmişdir”.

Banişevskinin özü isə 100-cü qolunu vurandan sonra həmin “Futbol-Xokkey”in müxbirinə demişdi: “Dnepr”lə matçda yüzüncü topumu vurdum və “Neftçi” “Qriqori Fedotov klubu”na daxil oldu. Yox, mən səhv etmirəm: “Neftçi” deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtarandan sonra, əlbəttə ki, “Neftçi”nin qızğın pərəstişkarı olaçağam...”

Bəli, o, Bakıdan, Azərbaycandan heç vaxt – fəal idmandan aralanmalı olduğu 1989-1990-cı illərdə də ayrılmadı. Hərçənd müvəqqəti olsa da, onun həyatında belə məqamlar olmuşdu - o, haradasa, hansısa işi görüb qurtarandan sonra yenə doğma şəhərinə qayıtmışdı.

Unudulmaz futbolçumuzun növbəti anım günü ərəfəsində onun bioqrafiyasının yuxarıda qeyd elədiklərimlə bağlı olan və geniş oxucu dairəsinə o qədər də məlum olmayan bir faktından söz açmaq istəyirəm...

Öz dövründə A.Banişevski SSRİ-nin birinci milli komandasında oynamağa dəvət alan ən cavan futbolçu idi – onacan daha cavan yaşda (18 yaşında) təkcə Moskva torpedoçusu Eduard Streltsov belə yüksək şərəfə layiq görülmüşdü. Üstəlik də komanda yoldaşlarının mütləq əksəriyyətindən fərqli olaraq, birinci yığma komandaya qədər Banişevski heç bir ciddi yarışda “SSSR” abbreviaturalı geyimdə yaşıl meydançaya çıxmamışdı. Amma ölkənin baş komandasının

heyətinə cəlb edilənədək beynəlxalq səviyyəli bir yarışda SSRİ-nin təmsilçisi kimi qüvvəsini sınamalı olmuşdu. Bu, 21 yaşınadək futbolçuların beynəlxalq San-Remo turniri idi.

İtaliyanın San-Remo şəhərinin "Karlinz boyz" klubu tərəfindən təşkil edilən bu turnir 1947-ci ildən keçirilirdi, avqust ayında təşkil olunurdu və bir qayda olaraq, burada 7 yerli və 5 xarici KLUB KOMANDASI qələbə uğrunda mübarizə aparırdı. Sovet futbolçuları San-Remoya ilk dəfə 1964-cü ildə, Moskva "Spartak"ının gənclərdən ibarət komandası adıyla yollanmışdılar. Sovet dövründə belə şeylər heç də ayıb sayılmırdı – hansısa bir yarışda ölkənin və ya müttəfiq respublikanın (şəhərin) adını “batırmamaq üçün” həmin komanda digər kollektivlərdən cəlb edilmiş futbolçularla “möhkəmləndirilirdi”. Bu dəfə də belə olmuş və dırnaqarası “Spartak”ın start heyəti bu futbolçulardan tərtib edilmişdi: Sergey Kramarenko, Anatoli Şuljenko, Sergey Krulikovski, Vaxtanq Çelidze, Anatoli Şeblyakov, Vladimir Muntyan, Andrey Prosikov,Vitali Zabrodin, Anatoli Banişevski, Anatoli Bışovets, Viktor Bufalov. Spartakçılar turnirdə ardıcıl olaraq İtaliyanın "Sampdoriya" (3:0), "Yuventus" (4:0) və "Milan" (2:0), habelə İngiltə-rənin "Birmingem Siti" (3:0) komandalarının gənclər kollektivlərini məğlubiyyətə uğradaraq, qalib adını qazanmışdılar. Üstəlik, "Ən yaxşı qapıçı" və "Ən məhsuldar oyunçu" prizləri də sovet komanda-sına qismət olmuşdu. Dırnaqarası "Spartak"ın xüsusilə fərqlənmiş laureat-oyunçuları isə... Bakı "Neftçi"sinin üzvləri qapıçı Sergey Kramarenkoyla hücumçu Tolik Banişevskiydi. Onlardan savayı, daha bir bakılı – Vitali Zabrodin da San-Remo turnirinin qalibi olmuşdu.

İlin sonunda Sergeylə Tolik SSRİ birinciliyinin ən yaxşı debütantları üçün "Smena" jurnalının təsis etdiyi xüsusi mükafata da layiq görülmüş, San-Remoda qələbə qazanan dırnaqarası "Spartak"ın baş məşqçisi, əməkdar idman ustası Aleksey Paramonov isə Toliki həm də SSRİ-nin birinci yığma komandasına tövsiyə etmişdi (1956-cı ildə SSRİ yığma komandasının heyətində Melburn olimpiadasının qalibi olan A.Paramonov 1960-1965-ci illərdə əslində SSRİ-nin 18 yaşınadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisiydi və necə deyərlər, tövsiyə etmək onun vəzifə borcuydu). Təbii ki, SSRİ-nin səlahiyyətli futbol funksionerləri ilk vaxtlar məşqçinin tövsiyəsinə inamsızcasına yanaşmış, lakin ortabab əyalət komandasında oynayan gənc mərkəz hücumçusunu hər halda sonrakı il ölkənin birinci (milli) seçmə komandasının heyətinə daxil etmişdilər. Tarix sübut elədi ki, Paramonov səhv etməyibmiş...

Şakir YAQUBOV,
iki dəfə “Əməkdar mədəniyyət işçisi”

4169 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
06.03.2017  13:42 Bakıdan... Tuluzayacan
02.02.2017  11:46 Azərbaycanlı molokan
30.11.2016  12:19 Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu...
 
 
  21.04.18
01:15
  "Borussiya" 3 qolla qalib gəldi - Video
00:50
  "Qarabağ"la oyuna kapitansız hazırlıq
00:11
  “Keşlə” “Zirə”yə qarşı – Yenilənir
00:01
  La Liqa klubunu baş məşqçisini qovdu
  20.04.18
23:10
  Böyükağa Hacıyevin 60 yaşına
22:20
  "Kəpəz"in braziliyalısı məşqlərə başladı
21:30
  Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi
20:40
  Yığmamız penaltilərdə uduzdu
20:00
  "Keşlə" "Zirə" ilə oyuna hazırdır - Şəkillər
19:30
  “Arsenal” Enrike ilə danışıqlara başladı
19:10
  “Xəzər” 3 qolla qalib gəldi - Video
18:50
  "Turan Tovuz" böyük hesabla uduzdu
18:25
  Kaliniçin əvəzinə Mandzukiç
17:46
  Premyer Liqamızda 24-cü turun - hakim təyinatları
17:25
  İbrahimoviç mundialda oynayacaq? - baş məşqçidən açıqlama
16:43
  "Barselona" "Sevilya"dan futbolçu alır
16:12
  "Xəzər" yenidən ikinci pilləyə yüksəldi
15:53
  "Arsenal"ın yeni baş məşqçisi bu gün açıqlana bilər
15:18
  Növbəti "Real" - "Yuventus", "Barselona" - "Roma" dueli
14:51
  "Sumqayıt" - "Qarabağ" oyununun vaxtı yenə dəyişə bilər - Ramin Musayevdən açıqlama
14:40
  Məhəmməd Salaha görə oyunların vaxtı dəyişdirildi
14:19
  "Məşqçilər skamyasında ölmək istəmirəm" - Klopp
13:41
  Derbidəki qalmaqalla bağlı qərar nə vaxt veriləcək ? - TFF-dən açıqlama
13:10
  "Arsenal”da 22 illik Venger erasının sonu! – istefasını rəsmən açıqladı
13:07
  Milliyə İspaniya və İsveçdən azərbaycanlı futbolçular çağırıldı
12:48
  "Beşiktaş"ın baş məşqçisi evə buraxıldı
12:31
  “Qurban Qurbanovun oğlu haqda deyilənlər boş söhbətlərdir”
12:24
  Bu həftənin xilaskar qapıçıları - Video
12:00
  Günün canlı oyunları - Etopaz-da
11:37
  Ərdoğan Şenol Günəşə zəng etdi
11:20
  "Kəpəz"in zədəli legionerinin son durumu
11:03
  "Nə CBC Sport"un, nə də bizim problemdir" - PFL-dən açıqlama
10:38
  "Qarabağ"ın çempionluq oyunu TV-də yayımlanmır - narazılıq
10:14
  "Real"ın yeni forması - Şəkil
09:45
  La Liqanı ilk onlar tərk etdi
01:55
  "Qəbələ" "Raquf Orucov Kuboku"nu qazandı
01:35
  Həftənin ən gözəl qolları - Video
01:05
  "Çelsi" səfərdən 3 xalla dönür - Video
00:30
  Türkiyə futbolunda növbəti biabırçılıq – Şəkillər
00:01
  "Atletiko"nun böyükhesablı məğlubiyyəti - Video
  19.04.18
23:30
  Şenol Günəşin başını yardılar, derbi yarımçıq dayandırldı
23:19
  "Atletiko" uduzdu
22:21
  “Şüvəlan” – “Qaradağ Lökbatan” - Video
21:30
  Həftənin ən gözəl qol ötürmələri - Video
20:44
  100-cü qol, 30-cu qələbə
20:16
  "Sumqayıt" - "Qarabağ" oyununun vaxtı dəyişdirildi
19:30
  Rakitiç qayıtdı
18:50
  Azarkeşlər futbolçunun boğazını kəsdilər
18:15
  Lider yenə xal itirdi – birinci divizion
17:58
  Qurbanov, Qriqorçuk və Abbasov irəlilədi - dünya reytinqi
17:30
  FİFA üç klubu cəzalandırdı
16:53
  “Barselona” Umtitinin qiymətini qaldırır – 250 milyon
16:24
  PFL bir oyunun vaxtını dəyişdi
15:55
  Derbidə bomba partlatdılar
15:35
  “Messini vursam, Argentinaya qayıda bilmərəm”
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore