"Hələ də şansımız var" - Alleqri

"Hələ də şansımız var" - Alleqri
GÜNDƏM 14 Fevral 2018 / 10:15 2622
-  A +

"Yaxşı oyun oldu. Bir neçə səhv etdik. Buffonun möhtəşəm qurtarışı oldu və sonra hesabı 3:0 edə bilərdik. Birinci hissənin axırlarında penaltini də qaçırdıq".

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/8 finalında "Tottenhem"lə bərabərə qaldıqları oyundan (2:2) sonra deyib.

O, matçın çətin keçdiyini vurğulayıb: "Amma qalib gələ bilərdik. Rəqibin Buffonun qurtarışından sonra başqa qol epizodu yox idi. 2:0-dan sonra öz oyunumuzu unutduq.  Hələ də növbəti mərhələyə yüksəlmək üçün şansımız var. "Tottenhem" səddini keçməyə çalışacağıq".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord