"Ailələri təlim-məşq toplanışında oyunçulara mane yox, kömək edirlər"

"Ailələri təlim-məşq toplanışında oyunçulara mane yox, kömək edirlər"
ÖLKƏ FUTBOLU 13 Fevral 2018 / 16:14 2955
-  A +

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk komandanın futbolçularına təlim-məşq toplanışlarına ailələri ilə birgə qatılmaları üçün icazə verib.

Qol.az-ın məlumatına görə, bu barədə ukraynalı mütəxəssis "Futbol 1"ə açıqlamasında deyib.

52 yaşlı mütəxəssisin fikrincə, toplanış oyuna hazırlıq yox, məşq prosesidir: "Ailələri təlim-məşq toplanışında oyunçulara mane yox, kömək edirlər. Futbolçular oyunlardan əvvəl matça köklənməlidirlər. Bu zaman onların diqqətini heç nə yayındırmamalıdır. Məşq prosesində isə futbolçular evdə birgə yaşadıqları ailələrini nəyə görə toplanışa gətirməsinlər?".

"Qəbələ"nin futbolçusu Vitali Vernidub isə bildirib ki, oğlu ilə birgə keçirdiyi vaxt bərpa olunmağa istənilən prosedurdan daha yaxşı kömək edib: “Təlim-məşq toplanışına ailələrimizlə birgə gəlməyə icazə verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Oğlumla oynamaq bərpa olunmağım üçün istənilən masajdan və hovuzdan daha çox faydalı olur”.

Daha çox


Son xəbərlər