Ronaldo PSJ haqda nə dedi?

Ronaldo PSJ haqda nə dedi?
DÜNYA FUTBOLU 12 Fevral 2018 / 20:57 7567
-  A +

"Həmişə yüksək səviyyədə oynamaq istəyirəm. Amma bəzən alınmır. Mən isə hədəfimə çatmaq üçün inadla çalışıram".

Qol.az-ın məlumatına görə, bu sözləri "Real"ın futbolçusu Kriştiano Ronaldo goal.com-a açıqlamasında deyib.

O, Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları PSJ ilə oyunlar haqda da danışıb: "Əla oyunçulara sahib komandaya qarşı oynayacağıq. PSJ böyük hörmətə layiqdir. Amma biz artıq sübut etmişik ki, "Real" güclü komandadır. Çempionlar Liqasında zəngin təcrübəmiz var. Bilirik ki, növbəti mərhələyə keçmək istəyiriksə,  PSJ ilə matçlara yaxşı köklənməliyik".

Qeyd edək ki, "Real" - PSJ oyunu fevralın 14-ü keçiriləcək. Bu komandalar arasında cavab görüşü martın 6-ı oynanılacaq.


Son xəbərlər