“Neftçi”nin futbolçusu əməliyyat olundu – 1 ay oynamayacaq

“Neftçi”nin futbolçusu əməliyyat olundu – 1 ay oynamayacaq
XƏBƏR 12 Fevral 2018 / 18:51 3632
-  A +

Topaz Premyer Liqanın 15-ci turunun “Kəpəz”lə oyununda zədələnən Məhəmməd Mirzəbəyov 1 ay oynaya bilməyəcək.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, matçın 74-cü dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Dieqo Souza ilə mübarizədə burnu sınan müdafiəçi dünən əməliyyat olunub.

Həkimlər Mirzəbəyovun mart ayının ortalarında meydana qayıda biləcəyini söyləyiblər. O, ən yaxşı halda 15 gün sonra məşqlərə başlaya bilər.

Qeyd edək ki, “Kəpəz”lə oyunda rəqiblə toqquşmadan sonra Mirzəbəyovu İlkin Qırtımov əvəzləmişdi.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı