"Real"da işimi davam etdirmək istəyirəm" - Zidan

"Real"da işimi davam etdirmək istəyirəm" -  Zidan
XƏBƏR 12 Fevral 2018 / 15:43 2929
-  A +

"Real" kimi klubda çalışırsansa, tənqidlər qaçılmazdır. Mən burada xoşbəxtəm və komandadakı işimi davam etdirmək istəyirəm".

Qol.az-ın məlumatına  görə, bu sözləri son vaxtlar istefaya göndəriləcəyi haqda xəbərlər yayılan "Real"ın baş məşqçisi Zinəddin Zidan Fransanın RTL nəşrinə açıqlamasında deyib.

O, komandasının son vaxtlar uğursuz çıxışları ilə bağlı danışıb: "Bu mövsüm bizim üçün yaxşı keçmir. Burada mən də məsuliyyət daşıyıram. İşə davam etmək və qələbələr qazanmaq lazımdır".

Zidan Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə keçiriləcək səfər oyunu ilə bağlı da fikir bildirib: "PSJ hər il inkişaf edir. Bizə asan olmayacaq. Emeri əla mütəxəssisdir. İşinin öhdəsindən yaxşı gəlir".

Son xəbərlər