Qurban Qurbanov milli üzvlərini əvəzedici heyətə göndərdi

Qurban Qurbanov milli üzvlərini əvəzedici heyətə göndərdi
XƏBƏR 11 Fevral 2018 / 21:50 8150
-  A +

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov milli komandanın 2 üzvünü əvəzedici heyətə göndərib.

Qol.az-ın xəbərinə görə, klubun əsas heyətinə düşməkdə çətinlik çəkən Ağabala Ramazanov və Ramil Şeydayev bu gün əvəzedici heyətlərin yarışında “Qəbələ”yə qarşı oynayıblar.

"Qarabağ"ın 5:3 hesablı qələbəsi ilə yekunlaşan matçda Şeydayev 1, Ramazanov isə 2 dəfə fərqlənib. Ağdam klubundan digər qolları Salman Cəfərov və Famil Camalov, "Qəbələ"dən isə Kamran Quliyev və Elvin Məmmədov (2 dəfə) vurub.


Son xəbərlər