Billiat menecerindən imtina etdi – "Qarabağ"a keçə bilmədiyi üçün

Billiat menecerindən imtina etdi – "Qarabağ"a keçə bilmədiyi üçün
XƏBƏR 11 Fevral 2018 / 14:43 7847
-  A +

“Qarabağ”ın maraq dairəsində olan Xama Billiat meneceri Siyabulela Loyane ilə yollarını ayırıb.

Qol.az-ın “thestandard.co.zw” saytına istinadən yaydığı məlumata görə, buna agentin futbolçusunun Avropa klublarına transferini təşkil edə bilməməsi səbəb olub. Zimbabveli hücumçu hazırda çıxış etdiyi Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunu qış fasiləsində tərk etmək istəsə də, Loyalenin səriştəsizliyi buna mane olub. Nəticədə 27 yaşlı futbolçu meneceri ilə əməkdaşlığa son qoyub.

Məlumatı CAR mətbuatına açıqlamasında Loyale özü də təsdiqləyib: “Billiat artıq mənim müştərim deyil. Futbolçunun Avropa klublarına keçidini təmin edə bilmədiyim üçün bir neçə gün öncə münasibətlərimizə son qoyduq. Onun hazırda hansı agentlə işlədiyini bilmirəm”.

Qeyd edək ki, Zimbabve mətbuatı Billiatla İtaliyadan “Napoli”, Belçikadan “Brügge” və “Oostende”, son olaraq isə Azərbaycandan “Qarabağ” və İsveçdən “Dyurqarden” klublarının ciddi maraqlandığını yazıb.


Son xəbərlər