“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-a müsahibə verib. O, komandasının Antalya hazırlığından və Topaz Premyer Liqanın 15-ci turunda, fevralın 10-da “Qarabağ”la keçiriləcək oyundan danışıb.
- Bir aylıq Antalya toplanışından necə faydalandınız?
- Yaxşı hazırlıq keçdik. Maraqlı yoxlama oyunlarımız oldu. Demək olar ki, hər şey qaydasında getdi. Yoxlama oyunlarının bəzisində qalib gəldik, bəzilərində uduzduq. Çatışmayan cəhətlərimizin üzərində işlədik. Hər halda müxtəlif ölkələrin komandaları ilə qarşılaşmalar yaxşı təcrübə oldu. Qarşılaşdığımız komandaların heç biri zəif deyildi. Oyunların hamısını təhlil etdik. Bunun bəhrəsini çempionatda görəcəyik.
- Yoxlama oyunlarına əsasən nə demək olar, komandanız çempionata hazırdır?
- Sonuncu oyunu nəzərə almasaq, bütün yoxlama matçlarında yaxşı çıxış etdik. Məncə, komandamız çempionata 80-90 faiz hazırdır.
- Bütün klublarımız Antalyada toplanışda oldu, yoxlama oyunları keçirdi. Çempionatın ikinci yarısından nə gözləyirsən?
- Əminəm ki, ikinci hissə çox maraqlı olacaq. Çünki əksər komandalarımız heyətini gücləndirib. Rəqiblərimizin hamısı Antalyada toplanışda olubsa, deməli, çempionata çox ciddi hazırlaşırlar. Deyə bilərəm ki, bizi daha çətin və maraqlı oyunlar gözləyir. “Keşlə” indiyədək yeni transfer edə bilmirdisə, artıq heyətinə bir neçə legioner cəlb edib. “Kəpəz” və digər komandalarımız da onun kimi.
- Premyer Liqamızın növbəti turunda “Qarabağ”la qarşılaşcaqsınız...
- Bu rəqiblə oyun həmişə çətin olub. Eyni zamanda maraqlı. Hamı “Qarabağ”ın necə komanda olduğunu bilir. Ona görə də nəsə danışmaq yersiz olar. “Qarabağ”la oyuna tam fərqli hazırlaşmalısan. Güclü kollektivdir. Komandamız bunu yaxşı dərk edir. Ona görə də oyuna çox ciddi yanaşırıq. Qələbə qazanmaq istəyirik ki, çempionluq yarışında çox geri düşməyək. Məsuliyyətimiz birə-beş artıb. Hər hansı pis nəticə aradakı xal fərqini artıracaq.
- Fasilədən sonra ilk oyundaca “Qarabağ”la qarşılaşmaq çətin olmayacaq?
- Bunun həm müsbət, həm də mənfi tərəfi ola bilər. Onsuz da “Qarabağ”la nə vaxtsa qarşılaşmalıyıq. Buna görə də fərqi yoxdur.
- “Qarabağ”la aranızda 6 xallıq fərq var. Bu fərq 3-ə də enə, 9-a da qalxa bilər. Məğlubiyyət çempionluğun əldən getməsi olacaq?
- Mövsümün ikinci yarısında həm bizim, həm də “Qarabağ”ın xal itirmək ehtimalı var. Qış fasiləsinə qədər fikirləşmək olardı ki, hansısa komandanı rahat udmaq olar. Ancaq bundan sonra belə şey olmayacaq. Çünki klublarımız ciddi hazırlaşıblar. İstəməzdim aramızda 9 xallıq fərq yaransın. Bu haqda fikirləşmirəm. Ancaq istənilən nəticə hələ son demək deyil. Çünki qarşıda çox oyun var.
- Səfər oyununda sizi hansı nəticə qane edir?
- Bu suala cavab verməyə çətinlik çəkirəm. Özümüzü maksimum nəticəyə kökləyirik.
Ramiq AĞAMƏMMƏDOV
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir
İtaliya kubokunda ilk finalçı bilindi
"Arsenal" "Çelsi"ni 5 cavabsız qolla məğlub etdi
"Göygöl"ün qələbəsi - Video
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol