17 yaşlı azərbaycanlı Rusiya Premyer Liqasında debüt etdi

17 yaşlı azərbaycanlı Rusiya Premyer Liqasında debüt etdi
ÖLKƏ FUTBOLU 25 Aprel 2010 / 15:45 2927
-  A +

Dünən daha bir azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında debüt edib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Emin Mahmudov «Saturn» klubunun heyətində ilk oyununa çıxıb. Emin Moskvada “Dinamo» ilə matçın 34-cü dəqiqəsində Karyakanın əvəzinə meydana daxil olub. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Yeri gəlmişkən, bu oyunda daha bir azərbaycanlı futbolçu - Aleksandr Səmədov isə "Dinamo"nun heyətində start heyətində meydana çıxıb. 
Hazırda aktivində 7 xal olan «Saturn» 16 komanda arasında 14-cü pillədədir.
«Saturn»un rəsmi saytında futbolçumuzla bağlı verilən xəbərdə onun Azərbaycanın Saatlı rayonunun Krosnoselski kəndində anadan olduğu bildirilir.
Qeyd edək ki, 17 yaşlı Emin Rusiyanın yeniyetmələrdən ibarət yığma komandasının üzvüdür. O, Sankt-Peterburqda keçirilən Qranatkinin xatirəsinə həsr olunan turnirin qalibi və ən yaxşı bombardiri olub. 








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın