Neymar azarkeşlərdən inciyib

Neymar azarkeşlərdən inciyib
XƏBƏR 23 Yanvar 2018 / 14:02 4070
-  A +

PSJ-ni hücumçusu Neymar Fransa kubokunda "Genqam"la oyunu buraxa bilər.

Qol.az-ın "Le Parisien"ə istinadən yaydığı xəbərə görə, braziliyalı hücumçunun yüngül zədəsi var. Ona oynamağa icarə verilsə də, 25 yaşlı futbolçu Çempionlar Liqasında "Real"la oyun öncəsi risk etmək istəmir.

Xəbərdə həmçinin Neymarın PSJ azarkeşlərindən incidiyi vurğulanıb. Onun "Genqam"la matça oynamaq istəməməsinin səbəblərindən biri də ölkə çempionatında "Dijon"a 8 cavabsız qolla qalib gəldikləri matçda fitə basılması olduğu vurğulanıb.

Qeyd edək ki, "Dijon"la görüşdə Neymar komanda yoldaşı Edinson Kavaninin penaltini yerinə yetirməsinə qoymayıb. Uruqvaylı hücumçu penaltini düzgün yerinə yetirəcəyi təqdirdə, klub tarixinin ən yaxşı bombardiri olacaqdı. Neymar məhz Kavaniyə bu imkanı yaratmadığı üçün azarkeşlər tərəfindən fitə basılıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın