Neymar ən yaxşı oyunçu seçildi

Neymar ən yaxşı oyunçu seçildi
DÜNYA FUTBOLU 23 Yanvar 2018 / 11:11 2969
-  A +

Fransa Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Qol.az-ın məlumatına görə, Fransanın futbolçularının həmkarlar ittifaqının saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən PSJ-nin hücumçusu Neymar ötən ayın ən yaxşı oyunçusu seçilib. O, 50 faiz səs toplayıb. Mario Balotelli 2-ci ("Nitsa", 26 faiz), Kilian Mbappe 3-cü (PSJ, 24 faiz) olub.

Qeyd edək ki, Neymar dekabrda ölkə çempionatında 3 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki