“Yağış oyuna təsir etdi” - "SKA-Xabarovsk"ın futbolçusu

“Yağış oyuna təsir etdi” - "SKA-Xabarovsk"ın futbolçusu
XƏBƏR 23 Yanvar 2018 / 10:30 2882
-  A +

“Matçın ilk dəqiqələrindən bir neçə qol vurmağı bacardıq. Bizim üçün yaxşı oyun oldu. Bu qalibiyyət sayəsində qısamüddətli istirahətə yüksək əhval-ruhiyyədə gedirik".

Qol.az-ın məlumatına görə, bu sözləri "SKA-Xabarovsk"ın futbolçusu Vitali Fedotov "Neftçi"yə 8:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunu haqda klubun saytına danışarkən deyib.

O, yağışlı havada oynamaqlarının normal olduğunu bildirib: "Futbolu istənilən havada oynamaq mümkündür. Xabarovskda -15 dərəcədə oynamaq asan deyil. Bütün hava şəraitinə uyğunlaşmaq lazımdı.

V.Fedetov deyib ki, yağış oyuna təsir edib: "Top sıçrayırdı, meydanda rahat hərəkət etmək olmurdu. Ancaq yenə də kombinasiyalı futbol sərgilədik və yerlə ötürmələrə üstünlük verdik”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı