"Sumqayıt" Antalya toplanışına start verdi

"Sumqayıt" Antalya toplanışına start verdi
XƏBƏR 22 Yanvar 2018 / 14:25 1356
-  A +

"Sumqayıt” bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun rəhbərlik etdiyi komanda səhər 11:00-da qonşu ölkədə ilk məşqinə çıxıb. Məşqə yüngül qaçışla start verən komanda, hazırlıq zamanı qısa ötürmələrlər və müxtəlif tapşırıqlar üzərində çalışıb. “Sumqayıt” hazırlığı iki tərəfli oyunla yekunlaşdırıb. Komanda növbəti axşam məşqi isə saat 17:30-da olacaq.

Qeyd edək ki, Antalyada 4 yoxlama oyunu keçirəcək "Sumqayıt" FK ilk sınaq matçını yanvarın 25-də Polşanın "Poqon" klubuna qarşı keçirəcək.


Son xəbərlər