"Qəbələ"nin zədəlisi qayıtdı

"Qəbələ"nin zədəlisi qayıtdı
XƏBƏR 22 Yanvar 2018 / 14:19 1730
-  A +

"Qəbələ" 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının yanvarın 5-dən 17-dək davam edən ilk mərhələsindən sonra 3 günlük istirahətə buraxılan "qırmızı-qaralar" ayın 21-də yenidən bir araya gəlib.

Komanda hazırlıq prosesinin ikinci mərhələsinə 1 məşqlə start verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan hazırlıqda futbolçular toplu və topsuz çalışmaları yerinə yetirib. Zədə səbəbindən bir müddət komanda ilə məşq keçməyən Dion Malone kollektiv hazırlıqlara qoşulub.


Son xəbərlər