Arda Turan superliqaya qolla qayıtdı

Arda Turan superliqaya qolla qayıtdı
GÜNDƏM 21 Yanvar 2018 / 20:14 6897
-  A +

Bu gün Türkiyə superliqasının 18-ci turunda "Başakşehir" səfərdə "Bursaspor"la üz-üzə gəlib.
 
Qol.az-ın məlumatına görə, qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Arda Turan yeni klubu "Başakşehir" forması ilə ilk dəfə fərqlənib.
 
Yarımmüdafiəçi 65-ci dəqiqədə meydana daxil olub və 86-cı dəqiqədə komandasının 3-cü qoluna imza atıb. İstanbul klubunun digər qollarını 17-ci dəqiqədə Attamah, 58-ci dəqiqədə isə Mossoro vurub.
 
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Başakşehir" liderliyini daha da möhkəmləndirib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı