Rəqibin ayağını qırdı, sonra ağladı - Video

Rəqibin ayağını qırdı, sonra ağladı - Video
XƏBƏR 21 Yanvar 2018 / 12:37 6358
-  A +

İngiltərə Premyer Liqasının 24-cü turunun "Everton" – "Vest Bromviç" matçında xoşagəlməz hadisə yaşanıb.

Qol.az-ın Brtiyaniya mətbuatına istinadən yaydığı xəbərə görə, oyunun 60-cı dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Ceyms Makkartinin ayağı sınıb. "Vest Bromviç"in hücumçusu Salomon Rondon cərimə meydançasına daxil olub qapıya doğru zərbə endirmək istəyərkən, şotlandiyalı futbolçu topa müdaxilə edib. Nəticədə Rondonun qüvvətli zərbəsi topa deyil, rəqibin ayağına dəyib.

Makkartinin ayağının sındığını görən venesuelalı hücumçu dərhal həkimləri meydana çağırıb. Hadisənin təsirindən şoka düşən Rondon göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.



Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı