Azərbaycandakı sabiq səfir “Qalatasaray”ın İdarə Heyətində

Azərbaycandakı sabiq səfir “Qalatasaray”ın İdarə Heyətində
XƏBƏR 21 Yanvar 2018 / 01:37 2978
-  A +

Mustafa Cengizin “Qalatasaray”ın yeni prezidenti seçildikdən sonra klubun İdarə Heyətinin tərkibi də müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, İdarə Heyətində 10 nəfər əsas, 5 nəfər isə ehtiyat üzv olacaq.

Əsas heyətə daxil olanlardan biri də Ahmet Ünal Çeviközdür. Çeviköz 2001-2004-cü illər aralığında Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub. Daha sonra o, fəaliyyətini İraqda davam etdirib.


 


Son xəbərlər