"Fənərbaxça" "Göztəpə"ni məğlub etdi

"Fənərbaxça" "Göztəpə"ni məğlub etdi
DÜNYA FUTBOLU 20 Yanvar 2018 / 23:00 3276
-  A +

"Fənərbaxça" Türkiyə superliqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, İstanbul klubu 18-ci turda doğma meydanda "Göztəpə" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Fənərbaxça" - "Göztəpə" - 2:1
Qollar:
Fernandao, 15 (1:0), Biyogo Poko, 59 (1:1), Kosanoviç, 90-avtoqol (2:1)

Bu qələbə ilə xalını 36-ya yüksəldən "Fənərbaxça" "Başakşəhər"lə birgə 1-2-ci pillələri bölüşdürür. Ancaq "Başakşəhər" 1 oyun az keçirib. "Qalatasaray" isə 35 xalla 3-cüdür.


Son xəbərlər