"Oyundan razı qaldım" - Qurban Qurbanov

"Oyundan razı qaldım" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 20 Yanvar 2018 / 21:26 5821
-  A +

"Maraqlı oyun alındı, xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyada təlim-məşq toplanışı çərçivəsində "Lexiya" ilə bərabərə qaldıqları oyunu (1:1) şərh edərkən deyib.

Klubun saytına danışan 45 yaşlı mütəxəssis  rəqibin daha hazırlıqlı olduğunu bildirib: "Daha çox pressinq edirdilər, toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı