“Azərbaycanda tanıdığım ilk klub “İnter” olub” - Stoyanoviç

“Azərbaycanda tanıdığım ilk klub “İnter” olub” -  Stoyanoviç
MÜSAHİBƏ 20 Yanvar 2018 / 14:11 5207
-  A +

“Keşlə”nin Vyana “Qarabağ”ından icarəyə götürdüyü Nemanya Stoyanoviç Qol.az saytına müsahibə verib.

- Artıq “Keşlə”də qalacağın dəqiqləşib. Komanda ilə bağlı təəssüratların necədir?

- “Keşlə” yaxşı komandadır. Burada gördüklərim məni qane edir. Yaxşı baş məşqçimiz, şəraitimiz var. Özünüz də görürsünüz ki, komanda baxımlı futbol oynayır. İnanıram ki, mövsümün ikinci hissəsində daha yaxşı “Keşlə” görəcəyik.

- “Qarabağ”dan  icarəyə götürülmüsən. Belə çıxır ki, yayda “Keşlə”dən ayrılacaqsan...

- Hələ bilmirəm. Nəyin necə olacağını zaman göstərəcək. Burada qala da bilərəm, “Qarabağ”a qayıda da. Hər şey mənim özümü necə göstərməyimdən asılıdır.

- “Keşlə”yə gəlişin necə alındı?

- “Qarabağ”da hamı mənim daha da inkişaf  etməyimi istəyirdi. Həmişə mənim daha yüksək səviyyədə çıxış etməli olduğumu deyirdilər. Təklif gəldi, onlar da mənə görə razılıq verdilər. Məhz bu səbəbdən indi burdayam.

- Bura gələnə qədər Azərbaycan Premyer Liqası və ya klubları barədə məlumatın var idi?

- Əlbəttə, çox eşitmişdim. Azərbaycanda tanıdığım ilk klub “İnter” olub. Bir neçə il öncə avrokuboklarda “Partizan”la qarşılaşıblar. Ümumiyyətlə, bir çox komandalarınız Serbiya klublarına qarşı oynayıblar.

- Azərbaycanda hazırda da serbiyalı futbolçular çıxış edir. Bura gələndə onlarla məsləhətləşmisən?

- Yox, heç kimlə danışmamışam. Çünki onları yaxından tanımıram.

Elnur Salahov

Daha çox


Son xəbərlər