Pele xəstəxanaya yerləşdirildi

Pele xəstəxanaya yerləşdirildi
XƏBƏR 19 Yanvar 2018 / 21:22 2731
-  A +

Dünya futbolunun canlı əfsanəsi Pele xəstəxanaya yerləşdirilib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ürəyi gedən braziliyalı sabiq futbolçunun hazırda durumunun yaxşı olduğu bildirilib. Xəstəxanada müalicəsi davam etdirilən Pelenin bu səbəbdən həftəsonu İngiltərənin paytaxtı Londona səfəri təxirə salınıb.

Qeyd edək ki, Pele bundan əvvəl böyrəyində problemə görə xəstəxanaya yerləşdirilmişdi.


Son xəbərlər