“Maksimov zarafatcıl adamdır” – Orxan Sadıqlı

“Maksimov zarafatcıl adamdır” – Orxan Sadıqlı
ÖLKƏ FUTBOLU 19 Yanvar 2018 / 19:10 3267
-  A +

“Keşlə”nin qapıçısı Orxan Sadıqlı “Zirə” ilə yoxlama oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Yuri Maksimovun gəlişindən sonra “Keşlə” çox dəyişib? Deyəsən, qara buludlar dağılır...

- Bulud elə bir şeydir ki, bir də gördün, yenə qayıdıb gəldi. Dəyişiklər olub. 6 futbolçumuz gedib, əvəzinə 4-5 yeni oyunçu gəlib. Nəticə vermək istəyiriksə, yenilər komandaya tez uyğunlaşmalıdır. Çünki qarşıda həm çempionat, həm də kubok oyunları var. Hamısı xeyirli-uğurlu olsun. Amma bizə yenə də futbolçu lazımdır.


- Rauf Əliyevin “Keşlə”yə transferi alınmadı. Səncə, nə dərəcədə komandaya xeyirli ola bilərdi?

- Raufun özü ilə danışmışam. Komandaya gəlib oynamaq istəyir. Qalan məsələr futbolçu ilə rəhbərlik arasında olub. Nə danışdıqlarını bilmirəm. Raufun gəlməyi həqiqətən sevindirici olardı. Çünki ötən mövsüm 11 qol vurmuşdu. Komandanın 3-cü pilləni tutmasında əsas rollardan birini oynamışdı. Raufun komandaya gəlişi bizim xeyirimizə olacaq. Rəqiblər üçün isə çətinlik yaradacaq. Ümid edirəm ki, transferi alınar. Alınmasa, bizə çətin olacaq.

- Fasilədə “Kəpəz” variantı olsa da, “Keşlə”də qalmağa üstünlük verdin. Çox güman ki, əsas qapıçı Kamran Ağayev olacaq. Bu mənada seçiminə görə peşman deyilsən?

- Xeyr. Düzdür, variant vardı. Amma mənim klubla 6 aylıq müqaviləm varsa, özbaşına çıxıb gedə bilmərəm. Zaur müəllimlə danışandan sonra məsləhət bilindi ki, komandada qalım. Xeyirlisi belə imiş. Hələ ki, burdayam. Mayda müqavilə müddəti bitəcək. Ondan sonra necə olacağını zaman göstərəcək. Kamranın gəlişinin mənə də xeyiri var. Çünki ətrafına baxanda biri var təcrübəsiz qapıçı görəsən, biri də var ki, Kamran Ağayevi. Kamran kimi qapıçını görəndə məsuliyyətin artır, daha yaxşı məşq edirsən. Mənim üçün fərqi yoxdur. “Xəzər Lənkəran”da olanda İspaniya La Liqasından qapıçı gəlmişdi. Mən oynayanda o ehtiyatda otururdu, o oynayanda mən. Belə şeyə çox da önəm vermirəm. Əsas komandanın oyunudur. Əgər “Keşlə”nin uğurları üçün Kamranın oynaması lazımdısa, qoy,oynasın.

- “Xəzər Lənkəran”dakı vaxtlarla müqayisədə Kamranda nə dəyişib, səndə nə dəyişib?

- 2010-cu ildə məni Ağasəlim Mircavadov komandaya gətirdi. 2 il sonra Kamran komandanı tərk elədi. Avrapa görüb gəlib, yəqin ki, təcrübəsi daha da artar. Mən 18-19 yaşlarımdan oynayıram. Görürəm ki, o Orxanla indiki arasında çox fərq var. Özümdə inkişaf hiss edirəm. Yeni mövsümdən əsas məqsədim o olacaq ki, hansı kluba gedirəmsə, əsas heyətdə çıxış edim. Artıq oynayıb, milli komandaya getmək lazımdır.

- Yuri Maksimov necə mütəxəssisdir?

- Komandaya gələn gündən istəyir ki, hamıyla mehriban olsun. Futbolda terminlər var. Hamını öz dilində başa salmağa çalışır. Topun itirilməsini xoşlamır. Nizam-intizamı sevir. Deyir ki, məşqə gecikmək olmasın. Həm də zarafatcıl adamdır. İşini çempionat oyununda görəcəyik.

- Bundan sonrakı hədəfiniz nədir?

- Əsas hədəfimizi kubokdur. Qalib gəlib, Avropaya getmək istəyirik. Kubokda rəqibimiz “Sumqayıt”dır. Dişimizə görə komandadır. “Sumqayıt”a hörmət edirik. Rəqibi zəif görsən, bu, sənə problem yarada bilər.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı