"Yaxşı olardı ki, çempionatda qalib gələk" - Yuri Maksimov

"Yaxşı olardı ki, çempionatda qalib gələk" -  Yuri Maksimov
ÖLKƏ FUTBOLU 19 Yanvar 2018 / 18:03 2935
-  A +

"Bugünkü rəqibimiz yaxşı komanda idi. Hamısı hündürboy futbolçulardır. Əks-hücumlarda təhlükəli olurlar".

Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov "Zirə" ilə yoxama oyunundan sonra deyib.

Ukraynalı mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Biz görüşə öz məqsədimiz üçün çıxmışdıq. Qarşımıza qalib gəlmək vəzifəsi qoymamışdıq. Əsas məqsəd futbolçuların necə oynaması və hansı mövqedə özlərini necə göstərmələridir. Onların güclü tərəflərini görmək istəyirdik. Yoxlama matçında qələbə önəmli deyil. Yaxşı olardı ki, çempionatda qalib gələk".

Rauf Əliyevin transferi məsələsi ilə bağlı sualı cavablandırmaq istəməyən Maksimov mövsümün sonuna qədər komandanı hazır vəziyyətə gətirməyə çalışdığını bildirib: "Yoxlama görüşlərində də vəzifəmiz qalib gəlmək olmur. Öz oyunlarımıza hazırlaşmaq istəyirik".

Y.Maksimov komandada çatışmazlıqlar olan mövqeləri açıqlayıb: "Mərkəz və dayaq yarımmüdafiəçisi mövqeyində axsama var. Futbolçular təkcə top almağı yox, həm də hücumları başlamağı bacarmalıdırlar".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord