"Prosineçki əla insandır" - İbrahim Şehiç

"Prosineçki əla insandır" -  İbrahim Şehiç
ÖLKƏ FUTBOLU 19 Yanvar 2018 / 15:46 3092
-  A +

"Mən Prosineçkini iki il yarımdır tanıyıram. O, əla insandır. Oyunçuların hamısını yaxşı tanıyır. Həm özü, həm də məşqçi korpusu peşəkarlardan qurulub".

Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib.

Bosniya və Hersoqovina millisinin üzvü yığmaya baş məşqçi təyin olunan Robert Prosineçki haqda danışıb. O, xorvatiyalı mütəxəssis haqda xoş sözlər söyləyib. Şehiç Azərbaycan mətbuatı haqda da müsbət fikirdə olduğunu bildirib:

"Prosineçkinin təyinatını gözləyirdik. Bundan sonra hər şey bizdən asılı olacaq. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da ona böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər. Azərbaycan mətbuatı çox yaxşıdır, maraqlıdır. Mənim barəmdə də müsbət fikirdədirlər. Haqqımda xeyli yazılar dərc ediblər”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın