"Çelsi"dən Piter Krauça təklif

"Çelsi"dən Piter Krauça təklif
XƏBƏR 19 Yanvar 2018 / 13:30 4712
-  A +

"Çelsi" hücum xəttini gücləndirmək istəyir.

Qol.az-ın "The Telegraph"a istinadən yaydığı xəbərə görə, London klubu "Stok Siti"nin hücumçusu Piter Krauça təklif göndərib.

Baş məşqçi Antonio Konteni hücum xəttində çıxış edən Alvaro Morata və Mişi Batşuayın oyunu qane etmir. Bu səbəbdən "zadəganlar"ın 36 yaşlı hücumçunu mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilir.

Qeyd edək ki, 2011-ci ildən Stik Siti"də çıxış edən İngiltərə millisinin sabiq üzvü bu mövsüm Premyer Liqada 18 oyuna 3 qol vurub.

 


Son xəbərlər