"Əsas məqsədimiz mərhələ adlamaqdır" - millimizin baş məşqçisi

"Əsas məqsədimiz mərhələ adlamaqdır" - millimizin baş məşqçisi
XƏBƏR 19 Yanvar 2018 / 12:33 2165
-  A +

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi Joze Alesio Da Silva bu gün Bakı İdman Sarayında brifinq keçirib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, ilk növbədə, 20 yanvar - Ümumxalq Hüzn günü ilə əlaqədar başsağlığı verib. Daha sonra Da Silva Avropa çempionatına hazırlıq barədə danışıb:
 
“Sabah 20 yanvar – Ümumxalq hüzn günüdür. Şəhidlərə Allahdan rəhmət diləyirəm. Hazırlığa gəldikdə, komanda yanvarın 10-dan məşqlərə başlayıb. Artıq karyerasını ölkə xaricində davam etdirən oyunçularımız da komandaya qoşulub. Yanvarın 23-də və 24-də İran millisi ilə Bakıda iki yoldaşlıq oyunu keçirəcəyik. Final mərhələsinə yollanacaq heyət bu qarşılaşmalardan sonra dəqiqləşəcək. Əsas məqsədimiz mərhələ adlamaqdır. Buna görə də Fransa ilə keçirəcəyimiz oyunun nəticəsindən çox şey asılıdır. Hətta bu qarşılaşmasını final oyunu kimi də xarakterizə edərdim. Digər rəqibimiz olan İspaniyanın qazandığı nəticələr, gücü hər kəsə məlumdur. Sadəcə ilk oyunda Fransa ilə qarşılaşacağımıza görə, bütün diqqətimi bu görüşə yönəltmişəm”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı