Paulinyonun son durumu müəyyənləşdi

Paulinyonun son durumu müəyyənləşdi
DÜNYA FUTBOLU 19 Yanvar 2018 / 10:30 3826
-  A +

"Barselona"nın futbolçusu Paulinyonun son durumu müəyyənləşib.

Qol.az-ın "Sport"a istinadən yaydığı xəbərə görə, İspaniya kubokunun 1/4 finalında "Espanyol"a qarşı matçda (0:1) zədələnən braziliyalı yarımüdafiəçi tibbi müayinədən keçib və onun durumunun ciddi olmadığı müəyyənləşib. Paulinyonun La Liqanın 20-ci turunda "Betis"ə qarşı oyuna kimi hazır olacağı bildirilib.

Qeyd edək ki, bundan əvvəl Paulinyonun ayağının sındığı və bu səbəbdən uzun müddət yaşıl meydanlardan uzaq qalacağı idda ounurdu.

Əlavə edək ki, Paulinyo bu mövsüm 26 matçda 10 qol vurub, 2 qolun ötürməsini verib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı