Çin klubu Ronaldoya təklif irəli sürməyə hazırlaşır

Çin klubu Ronaldoya təklif irəli sürməyə hazırlaşır
XƏBƏR 19 Yanvar 2018 / 01:37 4592
-  A +

Çin Superliqası tarixində ən səs-küylü transfer reallaşa bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu ölkənin “Tyantsin Syuantszyan” klubu “Real”ın üzvü Kriştianu Ronaldoya təklif irəli sürməyə hazırlaşır.

Son günlər portuqaliyalı ulduzun “Real”dan tezliklə ayrılacağı barədə xəbərlər səngimək bilmir. Ronaldonun “Kral klubu” ilə müqaviləsi 2021-ci ildə başa çatır.

Lakin klub rəhbərliyi ilə münasibətləri pozulan Kriştianunun artıq yayda hazırkı klubunu dəyişəcəyi bildirilir.

Qeyd edək ki, son mövsüm Çin çempionatında bürünc medal qazanan “Tyantsin Syuantszyan”ın heyətində Aleşandro Pato və Aksel Vitsel çıxış edir.
`

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı