“Bakı” Premyer Liqanın formatı ilə bağlı təklif irəli sürdü

“Bakı” Premyer Liqanın formatı ilə bağlı təklif irəli sürdü
PREMYER LİQA 22 Aprel 2010 / 16:03 3461
-  A +

“Biz AFFA İcraiyyə Komitəsində hansı qərar daha uyğun və münasib olsa, həmin qərara səs verəcəyik. Ümidvaram ki, AFFA və PFL rəhbərliyi hamımızı razı salacaq qərar qəbul edəcək”. Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov deyib.
Aprelin 27-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında Premyer Liqanın formatının dəyişdirilməsinin mümkünlüyü barədə danışan paytaxt klubunun rəsmisi çempionatın keçirilməsi yönündə öz təklifi olsa da, hazırkı sistemin saxlanılmasının da əleyhinə deyil: “Mənim bu barədə həmişə bir fikrim olub: 10 komandadan ibarət 4 dövrəli çempionat. Fikrimcə, Azərbaycan kimi ölkə üçün belə formatlı çempionat daha faydalı olardı. Ancaq digər tərəfdən “altılıq” sisteminin də özünü az doğrultmadığını etiraf etmək lazımdır. Özünüz də görürsüz ki, “altılıq” oyunları kifayət qədər maraqlı və gərgin keçir, oyun alqı-satqısı, danışıqlara getmək yoxdu. Həm birinci, həm də ikinci “altılıq”da gərgin mübarizənin şahidi olmaqdayıq. Düzdür, təsnifat mərhələsində müəyyən oyunlar prinsipiallığıyla seçilmədi. Yəni maraqsız oyunların şahidi olduq. Amma bunu da təkmilləşdirib, “altılıq” sistemiylə daha yüksək səviyyəli çempionat keçirmək mümkündür. Hər halda inanıram ki, AFFA və PFL rəhbərliyi bütün klubların fikrini öyrənib, ən doğru varianta üstünlük verəcək. Biz də İK-da klub prezidenti Hafiz Məmmədovla təmsil olunacağıq. Yəqin ki, prezidentimiz də ən doğru qərara səs verəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı