Ukraynalı qapıçı “Beşiktaş”a qayıdır

Ukraynalı qapıçı “Beşiktaş”a qayıdır
XƏBƏR 19 Yanvar 2018 / 01:19 3612
-  A +

Ukraynal qapıçı Denis Boyko Belçikadan Türkiyəyə yollanacaq.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli qapıçı “Brügge”yə keçməyə yaxın olsa da, transfer son anda baş tutmadı. Bu səbəbdən də Boyko müqavilə ilə məxsus olduğu “Beşiktaş”ın düşərgəsinə qayıdır.

29 yaşlı futbolçunun icarə müqaviləsi ilə bağlı maliyyə şərtləri “Qara qartal”ı qane etməyib. Bu səbəbdən də ukraynalı qolkiper Belçikada forma geyməyəcək.

Qeyd edək ki, “Beşitkaş”a 2 il yarım öncə transfer olunan Boyko cəmi 5 matçda forma geyib. 1 il o, icarə əsasında “Malaqa”da çıxış edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı