Vassoura millimizdə

Vassoura millimizdə
XƏBƏR 19 Yanvar 2018 / 00:52 4246
-  A +

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin düşərgəsinə daha bir futzalçı qoşulub.

Qol.az-ın məlumatına görə, söhbət karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Al Dhafra” klubunda davam etdirən Villiams Oliveira Do Nascimento “Vassoura”dan gedir.

Günorta saatlarında Bakıya gələn futzalçı komandanın məşqində iştirak edib.

Qeyd edək ki, millinin yanvarın 19-da, saat 10:15-dəki məşqi mətbuat üçün açıq olacaq.

Son xəbərlər