“Qalatasaray” darmadağınla 1/4 finalda

“Qalatasaray” darmadağınla 1/4 finalda
GÜNDƏM 19 Yanvar 2018 / 00:00 3973
-  A +

Türkiyə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 1/4 finalın daha iki iştirakçısı müəyyənləşib.

“Antalyaspor” öz meydanında “Kayserispor”u qəbul edib. İlk görüşdə 3:1 hesablı qələbə qazanan Kayseri təmsilçisi cavab görüşündə də meydanı qələbə ilə tərk edib.

“Qalatasaray” isə səfərdə “Bucaspor”un qonağı olub. İlk görüşdə olduğu kimi, cavab matçında da “Cim-Bom” qələbə qazanıb. Fatih Terimin komandası 3 cavabsız qolla üstün olub.

Türkiyə kuboku

1/8 final, cavab oyunları

18 yanvar

“Antalyaspor” - “Kayserispor” 0:2
Qollar:
Villiam, 30, Boldrin, 80
İlk oyun - 1:3

“Bucaspor” - “Qalatasaray” 0:3
Qollar:
Qomis, 33, Öztekin, 44, Feqouli, 53
İlk oyun - 0:3

Qeyd edək ki, daha əvvəl “Konyaspor”, “Giresuspor”, “Gənclərbirliyi”, “Fənərbaxça”, “Beşiktaş” və “Akhisar Belediyyespor” da 1/4 finala adlayıb.

Daha çox


Son xəbərlər