"Sançes tezliklə "Mançester Yunayted"ə keçəcək" - Venger

"Sançes tezliklə "Mançester Yunayted"ə keçəcək" -  Venger
XƏBƏR 18 Yanvar 2018 / 18:15 3875
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger Aleksis Sançesin "Mançester Yunayted"ə transfer olunacağını təsdiqləyib.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı məlumata görə, fransız mütəxəssis tezliklə keçidin rəsmiləşəcəyini bildirib:

"Mətbuatda bütün detallar ətraflı yazılıb. Nəsə əlavə etməyim lazım deyil. 30 ilə yaxındır transferlərlə məşğul oluram. Ona görə də deyə bilərəm ki, tezliklə keçid gerçəkləşəcək".

Qeyd edək ki, çilili futbolçu ilə anlaşan "Mançester Yunayted"in yaxın günlərdə transferi açıqlayacağı gözlənilir.

Son xəbərlər