Araz komandasına penalti qazandırdı - video

Araz komandasına penalti qazandırdı - video
XƏBƏR 18 Yanvar 2018 / 15:23 4612
-  A +

Milli komandamızın üzvü Araz Abdullayev "Anortosis"in Kipr kubokunda 1/4 finala yüksəlməsində pay sahibi olub.

Qol.az-ın məlumatına görə, "Ayia Napa" ilə səfər matçının ilk dəqiqələrindən özünü yaxşı tərəfdən göstərən futbolçumuz 64-cü dəqiqədə komandasına penalti qazandırıb. Abdullayevin yaxın məsafədən qapıya göndərdiyi topun qarşısını rəqib komandanın futbolçusu Stilianos Stilianu ilə əli alaraq, həmyerlimizin fərqlənməsinə mane olub. Stilianunu qırmızı vərəqə ilə meydandan qovan hakim 11 metrlik nöqtəni göstərib. Topa yaxınlaşan Duqlao isə fürsəti qaçırmayıb. Oyunun gedişində Arazın bir zərbəsi də qapı tirindən qayıdıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun "Anortosis"in 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı. İki görüşün nəticəsinə əsasən Abdullayevin komandası 1/4 finala yüksəlib.




Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın