"Qəbələ"nin oyununda sürpriz qonaq - foto

"Qəbələ"nin oyununda sürpriz qonaq - foto
XƏBƏR 18 Yanvar 2018 / 14:29 4676
-  A +

Dünən Antalyada "Qəbələ" və "Sürix" klubları arasında baş tutan yoxlama oyununu İsveçrə klubunun prezidenti Anxilyo Kanepanın həyat yoldaşı Heliane Kanepa da izləyib.

Qol.az-ın "blick.ch" saytına istinadən yaydığı məlumata görə, bəziləri meydançanın kənarındakı stulda əyləşib, siqaret çəkə-çəkə oyuna tamaşa edən qırmızı saçlı xanımı əvvəlcə tanımayıblar. Hətta onun "Sürix" klubunun türkiyədə yaşayan qocaman azarkeşlərindən biri olduğunu güman ediblər.

Oyundan sonra isə məlum olub ki, bu, 65 yaşlı A. Kanepanın özündən 5 yaş böyük xanımı Helianedir. Matç başa çatdıqdan sonra o, meydançaya daxil olaraq, komandanın baş məşqçisi Ulrix Forte ilə qısa söhbət edib. 45 ildir Anxilio ilə evli olan xanım jurnalistlərdən birinin "Bəs əriniz hardadır, xanım Heliane" sualına isə bu cür cavab verib: "O, evdə başqa işlərlə məşğul olur".

Qeyd edək ki, "Qəbələ" - "Sürix" oyunu Roman Qriqorçukun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın