Azarkeşlər də Ronaldodan üz döndərdi - "Real"ı tərk etsin

Azarkeşlər də Ronaldodan üz döndərdi - "Real"ı tərk etsin
XƏBƏR 18 Yanvar 2018 / 13:31 6579
-  A +

İspaniyanın "AS" nəşri Kriştianu Ronaldonun "Real"da qalıb-qalmaması ilə bağlı rəsmi saytında sorğu keçirib.

Qol.az-ın məlumatına görə, sorğuda iştirak edən 125 min azarkeşin yarıdan çoxu portuqaliyalı ulduzun əleyhinə səs veriblər. Fanatların 67,5 faizi 32 yaşlı futbolçunun komandanı tərk etməli olduğunu bildiriblər.

Qeyd edək ki, yanvarın 15-də elə həmin mətbu orqanda Ronaldonun "Real"dan getmək istədiyi ilə bağlı xəbər çıxmışdı. 1 gün sonra isə Portuqaliyanın "Record" saytı "kral klubu"nun prezidenti Florentino Peresin futbolçunun meneceri ilə əlaqə saxladığı və ona yeni komanda tapmasını tələb etdiyi yazılmışdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı