“Matçdan sonra təəssüratlar yalnız müsbətdir. Qələbə qazana bilmədiyimiz üçün kiçik məyusluq var. Bu, təlim-məşq toplanışında ilk yoxlama oyunumuz idi. 90 dəqiqə oynadığım üçün sevinirəm. Fiziki baxımdan hiss olunmurdu ki, toplanışın 6-cı günündəyik. Komanda şəklində mübarizə apardıq. “Kuban” formasını geyinən oyunçuların hər birinin gözləri yanırdı. Bu, çox şeydən xəbər verir. Xüsusilə nəzərə alaq ki, stress altında idik”.
Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Kuban"ın futbolçusu Nikita Malyarov "Qarabağ"la yoxlama oyunu (2:2) barədə fikirlərini bildirərkən deyib.
Sözügedən matçda dubla imza atan 29 yaşlı yaşlı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşları olmasaydı, 2 qol vura bilməzdi: “Karyeram ərzində neçənci dubl olduğunu xatırlamıram. Amma “Kuban”da ikinci dəfədir dubla imza atıram. Hamı qollara görə məni təbrik etdi. Əlbəttə ki, komanda yoldaşlarım olmasaydı, bunu bacarmazdım. Buna görə hər kəsə təşəkkür düşür. İkinci qolda penalti zərbəsindən əvvəl İqor Konovalovla birlikdə topa yaxınlaşdıq. Amma yekunda zərbəni mənim vurmağım məqsədəuyğun bilindi. Hesabda öndə olub, yekunda qələbə qazanmamaq hər zaman üzücüdür. Xüsusən də, ikinci hissədə pis çıxış etmədik və fədakarlıq göstərdik. Təəssüf ki, son dəqiqələrdə cərimə zərbəsindən vurduğum top qapı tirinə tuş gəldi. Qələbə qazana bilərdik”.
N. Malyarov “Qarabağ”ın yüksək keyfiyyətə malik komanda olduğunu söyləyib: “Rəqib sürətli, kombinasiyalı futbol nümayiş etdirir. Bu da mənim ürəyimcədir. Onlar Çempionlar Liqasında “Çelsi”, “Roma” və “Atletiko” kimi Avropanın top klublarına qarşı mübarizə aparıblar. Belə rəqiblə yoxlama görüşü keçirmək hər zaman faydalıdır və usta futbolçulara qarşı gücünüzü yoxlamaq imkanı qazanırsınız. Güclü rəqiblə qarşılaşdıq və bu, əlavə yüklənməyə səbəb oldu. Təbii ki, müəyyən yorğunluq var ki, bu da normaldır. Mən öz hazırlığımı 60 faiz qiymətləndirərdim. Hələ də işləmək lazımdır”.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi
"Qaradağ Lökbatan"dan səfər qələbəsi - Video
Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib
"Dinamo" - "Qusar" matçında 4 qol - Video
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın