Topaz Premyer Liqası UEFA-nın ilk 3-lüyündə

Topaz Premyer Liqası UEFA-nın ilk 3-lüyündə
ÖLKƏ FUTBOLU 18 Yanvar 2018 / 11:42 2840
-  A +

UEFA son 10 ildə Avropa ölkələrinin milli çempionatlarının reytinq cədvəlindəki hərəkət qrafikini açıqlayıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən böyük irəliləyəşə nail olan ölkələr arasında Azərbaycan da var. Ölkə çempionatımız 16 pilləlik sıçrayışla 42-ci sıradan 26-cı pilləyə yüksəlib və bu göstəricidə ilk 3-lükdə yer alıb.

Ən çox sıçrayış edən isə 21 pillə irəliləyən Belarus olub. İlk 3-lüyü tamamlayan digər ölkə Qazaxıstandır. Onların çempionatı da Topaz Premyer Liqası kimi 16 pilləlik yüksəlişə nail olub.

İlk 5-likdə isə İspaniya, Almaniya, İngiltərə, İtaliya və Fransa qərarlaşıb.

Qeyd edək ki, reytinq siyahısı son 5 mövsümdə ölkələrin klublarının avrokubokdakı çıxışına əsasən tərtib olunub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın