İngiltərə millisinin üzvü "Everton"da – rəsmi

İngiltərə millisinin üzvü "Everton"da – rəsmi
XƏBƏR 17 Yanvar 2018 / 22:33 3720
-  A +

"Everton" Cenk Tosundan sonra daha bir hücumçu transfer edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Liverpul təmsilçisi "Arsenal"dan Teo Uolkottun keçidini rəsmiləşdirib. 28 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. İngiltərə millisinin üzvünün transferi "Everton"a 20 milyon funt-sterlinqdən baha başa gəlib. Təcrübəli futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ulkott 12 il şərəfini qoruduğu "Arsenal"da 397 oyun keçirib, 108 qol vurub.

Son xəbərlər