"İndi uduzmağımız heç nə demir" – Roman Qriqorçuk

"İndi uduzmağımız heç nə demir" – Roman Qriqorçuk
XƏBƏR 17 Yanvar 2018 / 21:07 3103
-  A +

"Bu oyun bizim üçün çox faydalı alındı. Toplanışın yorğunluğu bu qarşılaşmada futbolçularda hiss olunurdu".

Qol.az-ın məlumatına görə, bu sözləri İsveçrənin “Sürix” klubu ilə yoxlama oyunundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. Klubun rəsmi saytına danışan ukraynalı mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

“Rəqib də elə komanda idi ki, bizim yaxşı məşq etməyimizə səbəb oldu. Keçirdiyimiz görüş hazırlıq proqramımızda faydalı bir məşq idi. İki il öncə 4:0 hesabı ilə qalib gəlib, indi uduzmağımız isə heç nə demir. Həmin görüşü artıq unutmuşuq”.

Qriqorçuk təlim-məşq toplanışının başa çatan ilk mərhələsini də dəyərləndirib: “Qazaxıstan təmsilçisi “Atırau” ilə yoxlama oyununda ikinci heyətə güvənib, əsasən gənclərə şans verməyi planlaşdırırdıq. Matçın keçirilməməsi onlar barədə məlumat ala bilməməyimizlə nəticələndi. Lakin ümumilikdə isə toplanışın bu hissəsi yaxşı, hətta çox yaxş keçdi. Hava şəraiti də bizə mane olmadı. Çox yaxşı çalışdıq”.

Qeyd edək ki, “Qəbələ” bu gün Antalyadakı ikinci yoxlama oyununda “Sürix”ə 0:1 hesabı ilə uduzub. “Qırmızı-qaralar” ilk matçda isə “Akhisarspor”la 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı