"Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib.
Qol.az-ın məlumatına görə, 35 yaşlı müdafiəçi "Qarabağ" və Albaniya millisi haqda sualları cavablandırıb.
Müsahibəni ixtisarla təqdim edirik
- Yeni mövsüm, köhnə “Qarabağ” və köhnə Ansi. Yenə ölkə çempionatında lidersiniz. Hər halda narazı olmazsınız.
- Artıq neçə ildir ki, “Qarabağ” inkişaf edir. Dayanmadan işləməyin sayəsində addım-addım irəliləyirik. Komandamızın əsas devizi intizam və peşəkarlıqdır. Məqsədə çatmaq üçün hər gün fikrimizi cəmləməli, tər tökməliyik. Bütün bunlara əməl etdikdə nəticə özünü çox gözlətmir.
- Azərbaycan Premyer Liqasında yaranmış iki aylıq fasilə sizi arxayınlaşdıra bilər?
- Şübhəsiz ki, istirahət çox vacibdir. Dincəlmək üçün kifayət qədər vaxtım oldu. Bütün oyunlarda mümkün hər şeyi etmək arzusu sizi normal həyatdan məhrum edir və bütün diqqətinizi futbola yönəldirsiniz. Yüklənmədən sonra orqanizmə bərpa üçün vaxt vermək lazımdır. Çünki növbəti oyunda da eyni səviyyədə çıxış etmək lazımdır. Sıx qrafikli mövsüm ərzində rejimə əmək etmək vacibdir.
- Komandan hazırlığını Antalyada davam etdirir. Türkiyədə toplanışda olan albaniyalı futbolçulardan kimlərlə rastlaşmısınız?
- “Teuta” klubu qaldığımız oteldə məskunlaşıb. Şadam ki, Albaniya çempionatının əksər təmsilçiləri Antalyada toplanış keçirlər. Bu isə Superliqanın qalan hissəsinə müsbət təsirini göstərəcək.
- Albaniya çempionatının əvvəlki və hazırkı durumu arasında nə kimi fərq var? Futbolda doğru yoldayıq?
- Təxminən 13 ildir ki, əsas yığmanın formasını geyinirəm. Bundan əvvəl isə U-19 və U-21-də çıxış etmişəm. Bu illərdə millinin bir parçası olmuşam. Albaniya futbolunda böyük sıçrayış hiss etdim. Yaxşı nəticələr təsadüfən gəlmədi. İndi əcnəbilər yığmamıza və çempionatımıza fərqli yanaşırlar. Albaniya futbolu haqda xoş sözlər eşidəndə fəxr hissi keçirirəm. Bu, futbolumuzun düzgün yolda olduğunu göstərir.
- Karyeranızı bitirdikdən sonra məşqçi olmağı planlaşdırırsız, yoxsa özünüzü başqa rolda görürsüz? Albaniya Futbol Federasiyasında çalışmaq təklifi alsanız, qəbul edərsiniz?
- Hələ “Qarabağ”la müqaviləm var. Bütün diqqətimi komandama kömək etməyə yönəltmişəm. Həm Azərbaycan çempionatı, həm də Avropadakı hədəflərimizi nəzərdə tuturam. Gələcəkdə nə işlə məşğul olacağımla bağlı vaxtı çatanda rahat şəkildə qərar verə biləcəm. Təbii ki, yenə futbolun içində olacam.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq
Legioner rüsumu 50 min manat olsa...
Karlos Teves xəstəxanaya yerləşdirildi
Bir gündə beş boksçumuzun beşi də uduzdu - Avropa çempionatı
Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı
Premyer Liqa klubunun futbolçuları saxlanıldılar
Arda Güler "Real"dan ayrılmaq istəmir