"Real" hücum xəttini dəyişir?

"Real" hücum xəttini dəyişir?
DÜNYA FUTBOLU 17 Yanvar 2018 / 15:52 8038
-  A +

"Real" hücum xəttində ciddi dəyişikliklər etməyə hazırlaşır.

Qol.az-ın məlumatına görə, "Marca" qəzeti Madrid klubunun prezidenti Florentino Peresin hücumdakı üçlüyü dəyişdirməyi planlaşdırdığını iddia edib.

Xəbərdə "Real"dan yayda Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beylin gedəcəyi bildirilib. Əvəzində klub prezidenti hücum xətti üçün Neymar (PSJ), Eden Hazard  ("Çelsi") və Robert Levandovskini ("Bavariya") transfer etməyə çalışacaq.  Bu transfer üçün "Real"ın rekord məbləğdə pul xərcləməyə hazır olduğu iddia edilib.

Klubun transfer siyahısında Harri Keyn ("Tottenhem" və Mauro İkardinin ("İnter") də olduğu yazılıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord