“Kiçik yaşımdan “Bursaspor”u izləyirəm. Türkiyədə çempion olan 5 böyük klubdan biridir. Bundan başqa, kumirim Pablo Batalya da orda çıxış edir. Belə yerdə oynamaq şansım yarandığı üçün qısa müddət ərzində müqavilə bağladım”.
Qol.az-ın "Elf Voetbal"a istinadən yaydığı xəbərə görə, bu sözləri U-21 millimizin üzvü Ozan Can Kökcü deyib.
Müqavilə ilə məxsus olduğu “Bursaspor”dan bu qış icarə əsasında Hollandiya “Valveyk”inə göndərilən 19 yaşlı yarımmüdafiəçi Türkiyə klubundan ayrılmasının səbəbi haqda da danışıb: “Bursaspor” Türkiyənin ən gənc komandasıdır və futbolçuların inkişafına kömək edir. Bu da mənim üçün bir şans idi. Ötən mövsüm “Bursaspor” yüksək liqada qalmaq uğrunda mübarizə aparırdı. Mənim gəlişimdən sonra komandada baş məşqçi dəyişikliyi oldu və yeni çalışdırıcı gənclərə çox şans vermədi. Matçlarda oynamadığım üçün inkişaf etmək mümkün deyildi. Əsas komanda ilə bir rəsmi görüşdə də oynamadım. Orda qalmağın bir mənası yox idi”.
O bildirib ki, Türkiyədə 2 klubdan təklif alsa da, “Valveyk”i seçib: "Hər ikisi yüksək səviyyəli klublar idi. Amma mənim üçün "Valveyk" ən yaxşı seçimdir. Agentim də burada futbol oynayıb. Yenidən Hollandiyaya qayıtmaq yaxşıdır. Türkiyədə gözəl həyat yaşadım. Amma tək qalırdım. 18 yaşda isə tək yaşamaq asan deyil".
Ö.Kökcü özünü inkişaf etdirmək üçün Hollandiya klubuna keçdiyini bildirib: "Ümid edirəm ki, “Valveyk”də nəsə edə bilərəm. Özümü yaxşı tərəfdən göstərə bilsəm, yenidən “Bursaspor”a qayıtmaq şansım yaranar. Bunun üçün əlimdən gələni edəcəm”.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər
Premyer Liqanın oyunlarına hakim təyinatları açıqlandı
Avroliqada həftənin ən yaxşısı adına namizədlər
Pioli: "Milan"da qətiyyət çatışmırdı"
Klopp məğlubiyyətin səbəbini açıqladı
"Fənərbaxça" Konfrans Liqası ilə belə vidalaşdı - Video
"Bayer"dən Avropa rekordu
Konfrans Liqasında yarımfinalçılar müəyyənləşdi