"Azərbaycanda işləyəndə gördüm ki..." - Prosineçki

"Azərbaycanda işləyəndə gördüm ki..." - Prosineçki
XƏBƏR 17 Yanvar 2018 / 10:30 5366
-  A +

"Klubla yığma futbolun tamamilə fərqli anlayışlardır. Klubda iş gündəlik fəaliyyət və iştirak tələb edir. Azərbaycanda 3 il baş məşqçi oldum və gördüm ki, yığmadakı iş klubdakından xeyli fərqlənir".

Qol.az-ın məlumatına görə, bu sözləri Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi Robert Prosineçki RTRS telekanalına müsahibəsində deyib.

O  bildirib ki, milli komanda üçün ölkə xaricindən istedadlı oyunçu seçimi aparıldığından, klubdakı kimi hazırlıq və analizə vaxt az qalır: "Yarışların təqvimi üzündən, milli komandada itirilmiş şanslar daha baha başa gəlir".

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı