“Yeni Pele daha dünyaya gəlməyəcək"

“Yeni Pele daha dünyaya gəlməyəcək"
XƏBƏR 16 Yanvar 2018 / 15:46 3444
-  A +

Dünya futbolunun canlı əfsanəsi Pele son dönəmlər ulduz futbolçuların azlığından şikayətlənib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, əvvəllər belə oyunçuların daha çox olduğunu deyib: "Əvvəllər Eysebio, Kroyf, Bekkenbauer, Bobbi Mur, mən, Zika və Sokrates kimi futbolçular var idi. Hər komandadan üç və ya dörd ulduz olardı. Bu gün isə ancaq 3 futbolçudan danışa bilirik. Messi, Ronaldo və Neymar. İndi sizə 5 futbolçu sayın desəm, çətinlik çəkərsiniz. Bu dünya futbolunun gələcəyi baxımından böyük problemdir".

Braziliyalı əfsanə onun yerini doldura biləcək birini görmədiyini də vurğulayıb: "Bütün uğurlarımı, vurduğum qolları, oynadığım müddəti, qazandığım dünya kuboklarını sadalaya bilərəm. Bu, bir gerçəkdir ki, yeni Pele daha dünyaya gəlməyəcək".

Daha çox


Son xəbərlər